"Bu davam etsə, fəlakətlə üz-üzə qalacağıq" - Aslan İsmayılov

"Bu davam etsə, fəlakətlə üz-üzə qalacağıq" - Aslan İsmayılov

“Vətəndaşlarımız hələ də baş verənlərə çox laqeyd, qeyri-ciddi, lağ-lağı ilə yanaşır”

KONKRET.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov koronavirusa yeni yoluxanların sayı açıqlandıqdan sonra özünün Facebook səhifəsində yazıb.

Həmin yazını təqdim edirik:

“Bu gün Azərbaycan Respublikasında 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu çox təhlükəli artımdır.
Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki isə orta ağır qiymətləndirilir. Bu tendensiya davam etsə fəlakətlə üz-üzə qalacağıq. Bunlara baxmayaraq vətəndaşlarımız hələ də baş verənlərə çox laqeyd, qeyri-ciddi, lağ-lağı ilə yanaşır”,- deyə o, bildirib.

Mənbə: konkret.az