Trampdan İrana çağırış: Mənə zəng edin!

Trampdan İrana çağırış: Mənə zəng edin!

Əgər İran bizə qarşı düşmən kimi davranarsa, peşman olacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

İrana qarşı sanksiyaların aradan qaldırılması üçün hansı şərtlərin lazım olduğu sualına isə ABŞ prezidenti "Danışmağımız lazımdır. Məncə İranla çox tez anlaşa bilərik. Etməli olduğumuz bir şey telefonla danışmaqdır. Sadəcə onların qürurlu insanlar olduğunu və idarəçilikdə də qürurlu olduğunu düşünürəm. Hamımız kimi", - deyə cavab verib.

Tramp ABŞ-ın ikili münasibətlərdə düşmənçilik istəmədiyini bildirərək, Ruhaniyə mesaj göndərib:

“İranın yalnız atacağı addım mənə zəng etməkdir. Ya da başqalarından bunu etməyi istəməlidirlər. Asanlıqla işləyə biləcəyimiz fərqli kanallar var",

Mənbə: axar.az