"Vüqar Səfərli milyonlarla vəsaiti Əli Həsənovla əlbir olub talayırdı" - Sabiq deputat

Eldar Sabiroğlu

Dövlət başçısının mətbuatı bərbad hala salan, Azərbaycan mediasına büdcədən ayrılan milyonlarla vəsaiti Vəzirovçu Əli Həsənovla əlbir olub talayan Vüqar Səfərlini və Azərbaycan teleradio sistemini şəxsi maraqları çərçivəsində idarə edən, korrupsionerlər cərgəsində xüsusi yeri olan və cəmiyyətin yekəxana birisi kimi tanıdığı məşhur Vəzirovçu Nuşirəvan Məhərrəmlini işdən azad etməsini təqdir edirəm. Onunla bağlı yadımda qalan bir faktı danışmaq istərdim.

BDU-da dərs deyərkən imtahan zamanı qiyabiçi tələbədən soruşur, sən YAP-çısan, tələbə bəli, deyə cavab verir. Vəzirovçu tələbəyə qapını göstərərək gedə bilərsən, qiymətin 2-dir… Həmin qiyabiçi YAP-ın Mərkəzi Aparatında rəhbərlik etdiyim Analitik İnformasiya və Proqnozlaşdırma Mərkəzində çalışırdı.

Artıq Heydər Əliyev də hakimiyyətdə idi. Əli Həsənov də baş sarayda mühüm vəzifə tuturdu. Hər iki Vəzirovçu iki gündən bir yerlərini dəyişmək şərti ilə restoranlarda görüşüb yıxılana qədər vururdular. Ola bilsin, fakt özlüyündə bəziləri üçün göydəndüşmə xəbər təsiri bağışlasın. Nuşirəvanın bu “kişiliyinə” qibtə edənlərə də rast gəldim. Lakin Əli Həsənovun silahdaşından kişilik ummağın özü yanlış və sadəlövh düşüncədən başqa bir şey deyildir. Xarakter etibarı ilə ən odioz adam kimi tanınan bu Vəzirovçuların yıxmadığı ev qalmayıb. Onlar saysız-hesabsız “baş kəsiblər”. Sonradan bu xəyanətkarlar Rauf Arifoğlu, Azər Həsrət kimi satqınları öz sıralarına gətirdilər. Bu riyakarlar Əli Həsənov kimi yarımçıq adamdan dərs alardılar. Şərəfi olmayan bu nadan hətta doğma atasının hüzr yerinə də getməyib. İllər əvvəl Hüseyn Cavid bağı ilə üzbəüz olan YAP-ın Mərkəzi Qərargahında Əli Nağıyev, mən və bu yaramaz yarasa üçlükdə xeyli söhbət etdik. Atalarımız haqqında danışarkər bu alçaq oğul ağzını nə açdı, atası barədə demədiyi söyüş qalmadı, şoka düşmüşdük. Atasının ağzını-üzünü söyüşə bürüyən bu cür nadürüstdən başqası hansısa yaxşı nəyisə gözləmək olarmı!? Bəlkə səhv edirəm, irad və tənqidlərinizi eşitmək istərdim.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Gəncədə kişi həyat yoldaşını benzinlə yandırıb

SONRAKI XƏBƏR

“Mən artıq koronavirusa yoluxub və sağalmışam” – Ləman Ələşrəfqızı