İspaniya-Türkiyə anlaşılmazlığı: Çavuşoğludan açıqlama...

İspaniya-Türkiyə anlaşılmazlığı: Çavuşoğludan açıqlama...

İspaniyanın Xarici İşlər naziri Arança Qonzalez Laya Türkiyə ilə bağlı iddiaları rədd edib.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Arança Qonzalez Laya ilə telefon əlaqəsi saxlayıb:

“O, bu günə kimi Türkiyənin İspaniyaya verdiyi dəstəyi vurğuladı və təşəkkür etdi. İspaniya hökumətinin belə bir açıqlama vermədiyini dedi. Ümumilikdə bizdən 94 ölkə tibbi ləvazimat istəyir. Ancaq öncə öz ehtiyaclarımızı təmin etməliyik”.

Qeyd edək ki, Avropa KİV-ləri İspaniya XİN rəhbəri Arança Qonzalez Layanın "Satın aldıqları süni tənəffüs aparatlarının Türkiyədə saxlanıldığı və bu günə kimi türklərdən ala bilmədikləri” barədə açıqlama verdiyi haqda məlumat yayıb.

Mənbə: axar.az