"Pandemiya Qarabağa çatarsa, bunun üçün 6 nəfər məsuliyyəti öz üzərinə götürməlidir..."

"Pandemiya Qarabağa çatarsa, bunun üçün 6 nəfər məsuliyyəti öz üzərinə götürməlidir..."

Moderator.az erməni mediasına istinadən xəbər verir ki, “ArmNews” teleşirkətinin xəbərlər departamentinin rəhbəri Abram Qasparyan 31 mart seçkilərini tənqid edib və 14 aprel seçkisinə münasibət bildirib.

O, epidemiyanın indiki vaxtında seçki məntəqələrində adamların sıx toplaşmasının təhlükəli olduğunu bildirib. Qasparyan Nikol Paşinyan başda olmaqla Ermənistan hökümətini bu işdə məsuliyyət daşıdığını söyləyib.

“Ermənistan burada böyük məsuliyyət daşıyır. Məmurlarımız nə qədər demokratiya oynamağa çalışsalar da, bunu suveren bir dövlətin daxili qərarı olduğunu və Ermənistanın bu ölkənin işlərinə müdaxilə edən bir imkanı olmadığını bildirməsi, qəbuledilməzdir. Pandemiya Qarabağa çatarsa, bunun üçün altı nəfər məsuliyyəti öz üzərinə götürməlidir: Ermənistan Respublikasının Prezidenti, Baş nazir, Təhlükəsizlik Şurasının katibi, səhiyyə naziri, Dağlıq Qarabağın prezidenti və səhiyyə naziri ”- Qasparyan deyib.

Onun fikrincə, aprelin 14-də seçki məntəqələrinə getmək - avantyuradır. "Ümid edirəm ki, İrəvanda anlayacaqlar ki, Qarabağda tələsik yeni bir hökumət qurmaq və hamını fakt qarşısında qoymaq üçün siyasi ambisiyaların ardınca getməyə dəyməz”- Qasparyan qeyd edib.

Mənbə: moderator.az