Tamam Cəfərova koronavirusla bağlı Şamaxıda sosial layihə keçirib

Tamam Cəfərova koronavirusla bağlı Şamaxıda sosial layihə keçirib

Millət vəkili Tamam Cəfərovanın təşəbbüs və dəstəyi, Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə koronavirus infeksiyası (COVID-19) ilə bağlı əhalinin sağlamlığının qorunması və maarifləndirilməsi məqsədilə Şamaxı şəhərində sosial layihə keçirilib.

Layihə Millət vəkilinin səlahiyyətli nümayəndələri, regionda olan könüllülər və Sağlam Ailə Tibb Mərkəzinin nümayəndələri ilə birgə icra edilib. Belə ki, layihə çərçivəsində xüsusi risk qrupunda olan şəxslərə, mağazada çalışan əməkdaşlara, taksi sürücülərinə və s. tibbi ləvazimatlar - maska, əlcək, antiseptik məhlul və maarifləndirici materiallar paylanılıb. Şamaxı rayonu üzrə yaşı 65-dən yuxarı tənha ahıllara isə tibbi ləvazimatlarla yanaşı, həmçinin ərzaq bağlamaları da təqdim edilib. Sovqatlar təqdim edilən zaman Şamaxı sakinləri ilə koronavirusdan qorunma yolları ilə bağlı profilaktik söhbətlər aparılıb. Koronovirus infeksiyasının yayılmasının qarşısını almaq üçün gigiyenik qaydalara riayət etməyin onların sağlamlıqları, yarana biləcək təhlükələrin qarşısının almaq üçün nə qədər vacib olduğu xatırladılıb.

Mənbə: moderator.az