"Onlar Mübariz İbrahimovun yarımçıq qalmış döyüş yolunu tamamladılar"

"Onlar Mübariz İbrahimovun yarımçıq qalmış döyüş yolunu tamamladılar"

4 il keçməyinə baxmayaraq bu mövzunu hər bir azərbaycanlı fəxrlə danışır.

Aprel döyüşləri zamanı şəhid olmuş əsgərdən tutmuş polkovnikə qədər hamısı seçilmiş insanlar idilər.

Onlar bir məqsəd uğrunda döyüşürdülər: Xocalı faciəsi zamanı Azərbaycan xalqının başına gətirilmiş və hamıya məlum olanların qisasını almaq. Bu qisası ermənilərdən aldılar. Canları hesabına. Müqəddəs insanlara çevrildilər. 7-ci əsrdə 22 il ərəblərlə vuruşmuş və edam olunmuş Babəkin yolunu (qəhrəmanlıq məktəbini) davam etdirdilər. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun yarımçıq qalmış döyüş yolunu tamamladılar.

Vətənini sevən hər bir azərbaycanlı üçün bu həqiqət ortadadı: onlar canlarını vətənimiz Azərbaycan uğ-runda qurban verdilər. Ölümün gözünə dik baxaraq düşmənlərimizi məhv etdilər. Onlar sağdılar. Nə qədər xalqımız və üçrəngli bayrağımız var, onlar da unudulmayacaq və yaşayacaqlar.

 

“Qurani-Kərim”də deyilir ki, şəhid olanlara “ölü” deməyin. Əksinə, onlar (Allahın dərgahında) diridi-lər. Türk kinolarının birində deyilir ki, şəhidlər Cənnətdə sevgili peyğəmbərimizlə qonşudular.

 

Qəhrəmanlarımızın bütün ailə üzvləri başlarını duk tutsunlar. Çünki onların qanları hesabına əzəmətli bayrağımız Lələtəpə yüksəkliyində dalğalanır.

40 dəqiqə müddətinə Lələtəpə yüksəkliyini ermənilərdən azad edən və qanları ilə tarix yazan bu ölməz qəhrəmanlar bizim şərəfimizdir. Biz onları unutmamalıyıq.

Hər zaman tanıtmalıyıq. Gələcək nəsillər qoy bilsinlər ki, Qarabağımız uğrunda kimlər canlarını qurban verdilər:

Polkovnik Vüqar Yusifov. Qarabağ müharibəsi zamanı şəhid olmuş iki polkovnikdən biri idi. Türkiyədə ali hərbi məktəbi bitirmiş az sayda olan zabitlərimizdən idi. Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat rəisi idi.

Polkonik-leytenant Raqub Orucov. Xidməti boyunca heç bir əməliyyatı deşifrə olunmayan “Murov Qartalı”.

Polkonik-leytenant Murad Mirzəyev. 31 mart tarixində doğulduğu üçün heç vaxt özünə doğum günü qeyd etməmişdir. Türkiyədə ali hərbi məktəbi bitirmiş və Türkiyə prezidenti S.Dəmirəl ona qılınc hədiyyə edir. Briqada komandiri vəzifəsinə yüksəlmişdir. ABŞ-da “RENGER” kursunu bitirmiş yeganə hərbiçimiz. 5 dil bilən ölməz qəhrəmanımız.

Mayor Elnur Əliyev. Düşmən tərəfindən atılan qumbaranı görən və döyüşçü yoldaşlarının ölümünə razılaşmayaraq özünü qumbaranın üzərinə atmışdı.

Kapitan Vaqif Bayramov. Qardaşı da 1992-ci ildə şəhid olmuşdu. Bir ailədən Qarabağımız üçün iki şəhid.

Baş leytenant Əbubəkr İsmayılov. Ailəli idi, övladı vardı. Təəssüf ki, həyat yoldaşı Şəbnəm xanım həmin döyüşlər ərəfəsində yaşadığı stress səbəbindən övladını itirdi.

Baş leytenant Ziya Həsənov. Şəhadətindən sonra (8 iyun 2016) Yağmur adlı qızı dünyaya gəldi. Nə öv-ladının üzünü görə bildi, nə də qoxusunu duya bildi.

Leytenant Qabil Orucəliyev. Doğulmuş oğul övladının üzünü görmək ona qismət olmamışdır (martın 29-da oğul övladı olmuş, üç gün sonra isə aprelin 2-də şəhid olmuşdur).

Gizir Pəncəli Teymurov. 2014-cü il 20 yanvarda Türkiyə Cümhuriyyətinin Xüsusi Təyinatlı Qüvvlələrinin "Qızıl Bayraq" medalını almışdır. İlk dəfə olaraq Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin şəxsi heyəti-nə havadan silahlı və tam təchizatlı düşmən arxasına sızma qabiliyyəti qazandırılmışdı. Türkiyədə, Pakis-tanda və bir çox xarici ölkələrdə xüsusi təlimlərdən keçmişdir. "Qoca Qurd" ləqəbli kəşfiyyatçı idi. Hələ sağ ikən düşmən tərəfindən başına külli miqdarda pul qoyulan, ermənilərin qorxulu yuxusuna çevrilən gi-zir idi. Hətta qisas eşqi ilə Xocalı faciəsini törətməkdə əli olan qatil erməninin general-mayor rütbəsini al-mağa hazırlaşdığını bilir və düşmən arxasına keçib həmin ermənini məhv edir. Öz toyunda özünə şəhidlik arzulayan şəhidimizin sözlərini təqdim edirəm:"... Bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm: Hər zaman, hər an xalqım üçün, torpa-ğım üçün, Vətənim üçün canımdan,qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Res-publikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın"

Gizir Mirsalam Cəfərov. Tibb universitetinin məzunu idi. Öz şəxsi "facebook" hesabında yazdığı status: "Doğrudan da həyatda hər kəsin fərqli-fərqli arzuları var. Mənim də tək bir arzum var ki, Vətən yolunda yüksək igidlik və şücaət göstərərək ŞƏHİD olum. İnşallah bu arzuma çataram. Çünki Vətən dardadı, əziz-lərim!"

Çavuş Təbriz Əsgərov. "Gecə canavarı" deyirdilər (Xüsusi Təyinatlı Qüvvələrin çavuşu idi).

əsgər Mahir Mirzəyev. Ali təhsilli, rus, ərəb, ingilis, türk dillərini bilirmiş. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olmuş və Qafqaz Universitetinin magistraturasına qəbul olmuşdu. Öz "facebook" hesabında paylaşdığı status: "Dostlarım məndən hərəsi bir şey istəyir. Biri deyir bu gün dənizə gedək, biri deyir kinoya gedək, biri deyir oturaq söhbət eləyək, amma heç kəs mənim cənnətə getmək istəyimlə ma-raqlanmır"... Ailənin yeganə oğul övladı... subay idi...

əsgər Müşfiq Orucov. 700 balla universitetə qəbul olmuş tələbə. Ailənin yeganə oğul övladı idi. Subay idi. Qarabağ müharibəsində fəal iştirak etmiş atasına "Ata, sizin ala bilmədiyiniz Qarabağı biz düşmən tapda-ğından azad edəcəyik" demişdi...

əsgər Samir Kaçayev. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olmuşdur. Gənc heykəltə-raşımız magistraturaya qəbul olmuşdu.

əsgər Şulan Bayramov. Məzun köynəyinə yazmışdır: "Səni şəhid olasan, qardaşım".

əsgər Sərxan Bayramov. Nişanı olcağı gün cənazəsi gəlir (aprelin 2-də şəhid olmuş, aprelin 11-də isə cə-nazəsi gətirilərək dəfn olunmuşdur).

əsgər Tural Dadaşov. Martın 8-də nişanlanmış və heç bir ayı tamam olmamış şəhid olmuşdur (aprelin 2-də)

əsgər Əlizaman İslamov. ailənin yeganə övladı idi. Nə bacısı vardı, nə də qardaşı.

əsgər Kamran Şirəliyev. ailənin yeganə oğul övladı idi...

əsgər Sərxan Bağırov. ailənin ilk və son övladı idi.

kiçik çavuş Adil Adilzadə. ailənin yeganə oğul övladı idi.

gizir Nicat İsgəndərov. Ailəsinin tək oğul övladı idi. Ailə quracaqdı, ailəsi Nicatın toyuna hazırlaşırdı. Toyuna az qalmış müddətdə şəhid oldu..

gizir Toğrul Fərəczadə. Ailənin yeganə oğul övladı. subay idi.

gizir Nurlan Abdullayev. ailənin yeganə oğul övladı idi...

çavuş Elvin Qayıbov. Ailənin yeganə oğul övladı. Şəhadətindən 8 ay əvvəl toyu olsa da, özündən sonra bir nişanəsi qalmadı...

baş leytenant Rəşid Mehdiyev; gizir Şahin Cavadzadə, Məhəbbət Mirzəyev, Elimdar Səfərov; kiçik gizir Orxan Müstəcəbov subay idilər.

Kiçik gizir Bəxtiyar Hüseynov. Nişanlı idi.

 

Neçə-neçə ailələrin çırağı söndü... Azərbaycanın hərb tarixini öz qanları ilə yazaraq əbədiləşmiş bu qəhrəmanların ruhları qarşısında baş əyirik.

Bəhruz Rufullayev

Biləsuvar rayon N.Nərimanov adına 6 saylı tam orta məktəbin tarix müəllimi

04.04.2020-ci il

Mənbə: moderator.az