Türkiyə ordusu 80 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu 80 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri son bir ay içərisində ölkə daxilində və ölkədən kənarda keçirilən əməliyyatlar zamanı 80 terrorçunu zərərsizləşdirib.

ONN media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Əməliyyatlar zamanı terrorçulara məxsus 52 sığınacaq, anbar və mağara ələ keçirilib.

FETÖ terror təşkilatı ilə mübarizə çərçivəsində 15 iyul 2016-cı ildən bu günədək isə 19 min 203 əməkdaş Türkiyə Silahlı Qüvvələrindən xaric edilib, 5035 əməkdaş haqqında cəza tədbirləri görülüb.

 

Mənbə: onn.az