Azərbaycanda 80 yaşlı deputat karantinə alınıb? - AÇIQLAMA

Azərbaycanda 80 yaşlı deputat karantinə alınıb? - AÇIQLAMA

Haqqımda yazılanların heç bir əsası, həqiqətəuyğunluğu yoxdur.

Bunu deputat Ziyad Səmədzadə deyib.

Qeyd edib ki, koronavirus pandemiyası ilə bağlı ölkədə xüsusi karantin rejimi elan olunub və bu baxımdan da, evindən fəaliyyət göstərir.

“Onu da bilirsiniz ki, biz onlayn iş rejiminə keçmişik. Komitəmizin iclasları da onlayn keçirilir. Eyni zamanda, 65 yaş məsələsi ilə əlaqədar müvəqqəti evdən çölə çıxmırıq, hərəkətimizi bir qədər məhdudlaşdırmışıq. Hazırda da evdəyəm, bugünlərdə də saytlarda yazılarım gedib. Yəni, işimdə, fəaliyyətimdə heç bir dayanma, axsama yoxdur. Köməkçimə zəng ediblər, o da deyib ki, Ziyad müəllimgil onlayn fəaliyyət göstərirlər. Ancaq götürüb ağızlarına gələni yazıblar. Səhhətim əladır, tam-normal qaydasındadır, heç bir problem yoxdur. Yalan, böhtan yazmaq olmaz. Ayıbdır”-deyə, o, sözlərinə əlavə edib.

***

Milli Məclisin deputatı Ziyad Səmədzadə koronavirus təhlükəsinə görə karantinə alınmayıb.

Bu barədə Oxu.Az-a Z.Səmədzadəyə yaxın mənbələr bildirib. Yayılan məlumatların əsassız olduğu qeyd olunub. Bildirilib ki, Z.Səmədzadə koronavirus xəstəsi deyil və hazırda evindədir. 

Qeyd edək ki, mətbuatda Z.Səmədzadənin karantinə alınması barədə xəbərlər yayılıb.

Xatırladaq ki, Z.Səmədzadənin 80 yaşı var.

Mənbə: oxu.az