Qarabağda ermənilərin bütün “hakimiyyəti” qeyri-legitimdir – Hər şeyə rüşvətlə nail olublar

Qarabağda ermənilərin bütün “hakimiyyəti” qeyri-legitimdir – Hər şeyə rüşvətlə nail olublar

Pul Qarabağda “siyasi sistemi” dağıdır. Xüsusən də böyük varidata sahib olan partiya və qüvvələr qərargah vasitəsi ilə səsləri soldan sağa, qanuni rüşvətlə satın alır. Nəticədə bu, martın 31-də Qarabağda keçirilən “prezident və parlament seçkiləri”nə çox təsir etdi.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bunu Azadlıq Radiosuna müsahibəsində “parlamentin” əvvəlki çağırışında yeganə müxalifətçi deputat, “prezidentliyə namizəd”, Milli Dirçəliş partiyasının lideri Ayk Xanumyan söyləyib.

O, ümid edib ki, cəmiyyət çox güclüdür: “Amma təcrübə göstərdi ki, cəmiyyəti gücləndirmək üçün qarşıda çox işlər görmək lazımdır. Bu baxımdan vəziyyəti olduğu kimi qəbul etdik. Əlbəttə ki, nəticələr bizim üçün qəbuledilməzdir və “hakimiyyətin” legitimliyi də şübhə altındadır”.

Sabir deputat jurnalistin bəzi suallarını da cavablandırıb.

– “Qanuni rüşvət” deyəndə nəyi nəzərdə tutursunuz?

– Tutaq ki, hər binada və ya hər bir kənddə yerli böyük ailələrin üzvlərini birləşdirən bir qərargah yaratdılar və bizim strukturlar elan etdilər ki, “seçki”dən 1-2 gün əvvəl çox səs verə biləcək həmin ailələrə gedərək rüşvət paylayıblar.

– Yəni siz deyirsiniz ki, “seçki”nin nəticələri qəbuledilməzdir. Qarabağın yeni yaranan “icra və qanunverici hakimiyyətini”, “prezidentini” qanunsuz hesab edirsiniz?

– Əgər legitimlikdən danışırırsa, bəli, qanunsuzdur. Çünki qeyri-qanuni paylanılan pullar bu nəticələrə təsir edib.

– Rəhbərlik etdiyiniz qurum “seçkilər” nəticəsində “parlamentə” daxil ola bilmədi. Səhv etmirəmsə, əvvəlki “seçkilərlə” müqayisədə daha az səs topladınız. Bu, Qarabağ cəmiyyətinin siyasi qüvvənizin son illərdəki fəaliyyətinə verilən bir qiymət ola bilərmi?

– De-fakto, belə oldu. Hər halda, cəmiyyət de jure qərar verir. Bəli, ümumiyyətlə, “seçkilər” qiymət vermək üçün keçirilir. Cəmiyyət siyasi qüvvələrin son beş ildəki fəaliyyətinə və ya proqramlarına qiymət verir. Əgər duyğulardan və romantik düşüncələrdən uzaqlaşsaq, əlbəttə ki, cəmiyyətin kiçik bir hissəsi də yenidən “parlamentə” qayıtmağıımız üçün lazımi qiymət verə bilmədi.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az