Ruhani “aşağı risk”li iqtisadi fəaliyyətlərin bərpa edilə biləcəyini deyir

Ruhani “aşağı risk”li iqtisadi fəaliyyətlərin bərpa edilə biləcəyini deyir

İran prezidenti aprelin 11-dən etibarən “aşağı risk”lə iqtisadi fəaliyyətlərin bərpa edilə biləcəyini deyib.

"Fəaliyyətlərin bərpası evdə qalma prinsipinə riayət edilməcəyi demək deyil”- deyə, Həsən Ruhani televiziya çıxışı zamanı bildirib.

Prezident “aşağı risk” ilə nə demək istədiyinə aydnlıq gətirməyib. O əlavə edib ki, məktbələrin açılışı və kütləvi toplaşmalar kimi “ yuxarı risk”li fəaliyyətlər aprel ayının 18-dək qüvvədə saxlanılacaq.

Bəyanat İranda son 5 gündə ardıcıl şəkildə koronavirusa yeni yoluxma hallarının artdığı vaxt verilib. Lakin ölkədə virusdan ölənlərin sayı azalmaqdadır.

Son 24 saat ərzində 150-dən çox insan ölüb. Beləliklə, ölkədə ölənlərin sayı 3603-ə yüksəlib.

Səhiyyə rəsmiləri İranda yeni yoluxma hallarının artacağını təxmin edir. Göstəricilərin isə deyildiyindən daha yüksək olduğu bildirilir.

Ölkədə aprelin 8-dən şəhərlər bağlı elan edilib, səyahətlərə icazə verilmir.

İqtisadiyyat üzrə ekspertlər sanksiyalara görə tənəzzül yaşanan ölkədə koronavirusun iqtisadiyyata ciddi ziyan vurduğunu bildirir.

Mənbə: www.amerikaninsesi.org