Putinin görüşdüyü baş həkim koronavirus xəstəsi çıxdı — VİDEO

Putinin görüşdüyü baş həkim koronavirus xəstəsi çıxdı  — VİDEO

Bu səbəbdən də Putin də özünütəcrid vəziyyətində fəaliyyətinə keçib.

“Ölkə.Az” “kr.ru”ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Moskvada Kommunarka xəstəxanasının (Bu xəstəxana koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulan xəstəxanadır) baş həkimi Denis Proçenko ilə görüşərək koronavorusa yoluxan xəstələrin müalicə olunma şəraiti ilə tanış olub. Putinlə görüşdən sonra həmin baş həkimin koronavirus COVİD-19-a yoluxduğu bəlli olub.

Bundan sonra Rusiya prezidenti Vladimir Putin də ölkə başçısı kimi fəaliyyətini özünü təcrid formasında davam etdirmək qərarına gəlib.

Putinin səhhəti və növbəti həftəni Kremldə işə çıxması ilə bağlı jurnalistlərin sualını cavablandıran Putinin mətbuat katibi Dmitriy Peskov deyib ki, prezident növbəti həftə də ölkə başçısı kimi fəaliyyətini məsafədən, birbaşa təmas olmadan davam etdirəcək. Peskov Putinin nə zaman normal iş qrafikinə dönəcəyi barədə dəqiq bir söz deməyib: “Artıq bir həftə keçib, cəsarətlə deyə bilərəm ki, ən azı bir həftə, bəlkə də daha çox işə çıxmasın”.

Peskov onu da əlavə edib ki, baş həkimin xəstələnməsi bir daha onu nümayiş etdirdi ki, bütün ehtiyat tədbrilərinin görülməsinə baxmayaraq, ən effektiv vasitə birbaşa fiziki əlaqələrdən uzaq olmaqdır və prezident də bunu etdi.

Bununla belə Peskov əlavə edib ki, Putin və onunla işləyən insanlar mütəmadi olaraq testdən keçirlər: “Odur ki, nə lazımdırsa, o da edilir. Bütün bunlara baxmayaraq ən effektiv variant məsafədən, insanlarla birbaşa təmasdan uzaq işini davam etdirməkdir”.

Qeyd edək ki, Putin xəstəxanada koroanvirusa yoluxmuş xəstələrə baş çəkərən müalicələrinin gedişi ilə yaxından tanış olub. O, əvvəlcə baş həkimlə görüşüb və bu zaman heç bir qoruyucu maska və əlcəkdən istifadə etməyib.

Mürtəza
Ölkə.Az

Mənbə: olke.az