İngilislər karantində olan kraliça Yelizavetanın səhhətindən narahatdır — Kraliça xalqa müraciət hazırlayıb

İngilislər karantində olan kraliça Yelizavetanın səhhətindən narahatdır  — Kraliça xalqa müraciət  hazırlayıb

Karantində nəzarət altında olan 93 yaşlı Böyük Britaniya kraliçası II Yelizavetanın xalqa müraciətinin xülasəsi bəlli olub.

“Ölkə.Az” BBC-yə istinadən xəbər verir ki, 93 yaşlı kraliça II Yelizaveta şahzadə Çarlz koronavirus infeksiyasına yoluxduqdan sonra 98 yaşlı şahzadə Filip ilə birgə Vindzor qəsrində karantində nəzarət altına alınıblar.

İngilis mediası kraliçanın həyatından ciddi narahat olduğunu yazır. Belə ki, kraliça gündəlik bir çox insanlar birbaşa təmasdadır və bu da onun koronavirus infeksiyasına yoluxdurma riski yaradır. Lakin kraliça özünü yaxşı hiss etdiyini və qaydalara riayət etdiyini bildirib.

Karantində olan kraliçanın bu gün xalq müraciəti nəzərdə tutulub.

Kraliça Yelizavetə xalqa müraciətində dünyadakı koronavirus pandemiyası dövründə dövlətin bütün ağır, acı, əzab və maliyyə çətinliyinin çoxsaylı britaniyalının çiyininə düşdüyünü dilə gətirəcək.

O eyni zamanda koronavirus infekisyası ilə mübarizədə ön cəbhədə olan həkimlərə minnətdarlığını bildirəcək.

Kraliça əmin olduğunu bildirib ki, gələcəkdə britaniyalılar belə bir çətin günün layiqincə öhdəsindən gəldikləri və virusa qarşı nücə mübarizə apardıqları üçün qürur duyacaqlar.

Qeyd edək ki, kraliça Yelizavetanın müraciətini çəkmək üçün qəsrə girən operatora koronavirusdan qorunma kostyumu geyindirilib.

Mürtəza
Ölkə.Az

Mənbə: olke.az