Putinin kurs yoldaşı onu koronavirusu dünyaya yaymaqda suçladı - ŞOK İTTİHAM...

Putinin kurs yoldaşı onu koronavirusu dünyaya yaymaqda suçladı  - ŞOK İTTİHAM...

"Pandemiya məhdud bir nüvə müharibəsi ilə müqayisə edilə biləcək dərəcədə bəşəriyyətə zərbə vuracaq"

Yəqin Azərbaycan oxucularına Yuri Şvetsin adı tanışdır. KQB məktəbində vaxtilə Rusiya prezidenti Vladimir Putinlə eyni kursda təhsil almış kəşfiyyatçı 1994-cü ildən ABŞ-da yaşayır və hərdən sensasiyalı xəbərlərlə gündəmə gəlir. Yuri Şvets 4 il əvvəl - 2016-cı ildə Azərbaycanın nazirlərindən birinin ABŞ, Rusiya və Türkiyə xüsusi xidmət orqanlarının agenti olması barədə də məlumat yaymışdı və o zaman sensasiyanı işdən çıxarılmış keçmiş MTN şefi Eldar Mahmudovun qisas zəminində qəsdən yaydığı barədə fikirlər dolaşdı.

Yuri Şvets iki gün əvvəl “Qordon” nəşrinə müsahibəsində Vladimir Putinin ətrafının onu vəzifədən uzaqlaşdırılma planlarının olduğunu və koronovirusun Çində yayılmasının bu planlara təkan verəcəyini iddia edib. Geniş müsahibənin bizim oxucular üçün maraqlı ola biləcək hissəsini diqqətinizə çatdırırıq.

“- Bundan əvvəlki müsahibəmizdə Siz kifayət dərəcədə arqumentləşdirilmiş şəkildə izah etdiniz ki, Rusiyada baş verən son hadisələrin - konstitusiyaya düzəlişlər, neftin dünya qiymətlərinin düşməsi fonunda rublun ucuzlaşması - Vladimir Puinin prezidentlik müddətinin sıfırlanmasından və güc strukturları tərəfindən Putinin vəzifədən uzaqlaşdırılması cəhdindən başqa şey deyil. İndi Rusiya Federasiyasında da tuğyan edən koronavirus epidemiyası bu planları sürətləndirib və ya əksinə, onları geri itələdi?

- Söhbətimiz Putinin hakimiyyətdən getməsinin mümkünlüyü barədə olmuşdu və bu gediş ola bilsin ki, böyük müharibə ilə müşayət olunacaq. Müzakirələr zamanı mən ehtimal etmişdim ki, Putinin yaxın ətrafı “böyük müharibə” imitasiyası edə bilər və məqsəd Putinin özünü ittiham edib, onu hakimiyyətdən məhrum etmək və əvəzində Vaşinqtondan bütün keçmiş cinayətlərinə görə əfv almaqdır.

- Üstəlik, söhbətimizdə bu yaxın çevrədən olan insanların adlarını səsləndirdiniz: Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, FTX direktoru Aleksandr Bortnikov və "Rosneft" in rəhbəri İqor Seçin.

- İndi, bütün dünya sakit halda pandemiyanın sonrakı inkişafını gözlədiyi vaxtda və Putin də Valdaya qaçdıqda, mən ixtiyarsız olaraq şübhələnirəm: həqiqətənmi başladı? Nəyin nəzərdə tutulduğunu izah edəcəyəm. 16 sentyabr 2019-cu ildə axşam, hələ heç kim koronavirus haqqında eşitmədiyi zaman, AST-54 Novosibirsk evakuasiya xidməti, böyük partlama nəticəsində Vektor adlı xüsusi obyektdə yanğın baş verdiyini xəbər verdi. Partlayışın əsl səbəbləri və şərtləri, eləcə də onun nəticələri barədə bütün məlumatlar dərhal məxfiləşdirildi. Tezliklə məlum oldu ki, "Vektor" da koronavirusun əlamətləri var.

- Dayanın, bu necə ictimaiyyətə məlum oldu?

- 27 yanvar 2020-ci ildə Rusiya mediasında xəbər verildi ki, “Vektor” koronavirusa qarşı iki peyvənd hazırlayır. Üstəlik, bu, COVID-19 üçün sınaq keçirməyə qadir olan yeganə mərkəz olduğunu və Moskvadan götürülmüş nümunələrin təyyarə ilə göndərildiyini ortaya çıxardı.

- Amma, axı Rusiya Dövlət Virusologiya və Biotexnologiya "Vektor" Mərkəzi Novosibirsk yaxınlığında yerləşir və koronavirus, açıq mənbələrdən alınan məlumatlara görə, ilk dəfə Çinin Uhan şəhərində tapılıb. Bu şəhərlər arasında üzr istəyirəm, demək olar ki, 5,5 min kilometr...

- 2019-cu ilin dekabr ayının sonunda Çin Ümumdünya Səhiyyə Təşkilatına Uhanda pnevmoniyanın başlaması barədə məlumat verdi. Xəstəliyin törədicisi 7 yanvar 2020-ci ildə təsbit edildi, əvvəllər bilinməyən koronavirus SARS-CoV-2 (yaratdığı xəstəlik COVID-19 adlandırıldı) ortaya çıxdı.

Xatırladım ki, yanvar ayında "Vektor"da artıq Moskvadan göndərilən koronavirus nümunələri sınaqdan keçirildi. Yəni, “Vektor”da COVID-19 haqqında Çinin Ümumdünya Səhiyyə Təşkilatına bildirməsindən əvvəl məlumatlı idilər. Çin və ABŞ arasında qarşılıqlı ittiham kampaniyası aparılır. Və hələ ki, iki pələng bir-birinə girdiyindən, bitlənən kiçik meymun gizlənib. Novosibirsk yaxınlığında baş verən partlayış nədənsə beynəlxalq ictimaiyyətin diqqətindən yayındı. Və nahaq yerə.

"Gəlin bu ardıcıllığı xronoloji olaraq təkrarlayaq."

- Beləliklə, 16 sentyabr 2019-cu ildə “Vektor”da partlayış baş verir. Oktyabrın 19-da Uhanda Ümumdünya hərbi oyunların açılışı olur. Rusiya Federasiyasından olan hərbçilər komandası burada uğurla çıxış edir. Və burada birmənalı olaraq Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri də olub. Dekabr ayında Uhanda pnevmoniya xəstəsi olanların sayı partlayış xarakterli olur. Yəni, virus noyabrdan etibarən orada yayılmağa başladı. Məni maraqlandıran əsas sual: Rusiyadan Uhana COVİD-19 təsadüfən və ya bilərəkdən gətirilib?

- Siz hansı varianta meyllisiniz?

- Məncə təsadüf amilini tamamilə istisna etmək mümkün deyil. Uhan Virusologiya İnstitutu Rusiya Federasiyasının xüsusi xidmət orqanlarında böyük maraq doğurur. Dünyadakı belə mərkəzləri barmaqla saymaq olar və hamısı da bir-birini izləyir. Buna baxmayaraq, Rusiya Federasiyasından Uhana qəsdən gətirilmiş COVID-19 versiyası mənə daha inandırıcı görünür.

Ancaq burada Rusiya Federasiyasındakı hakimiyyət məsələsini həll etmək üçün fürsət əlavə olunur! Bir ay əvvəl mən Putinin ən yaxın silahdaşlarının birləşməsini və "böyük müharibə" ni təqlid edə bilməsi üçün onu çıxartmaq və Vaşinqtonun bütün "günahları" bağışlanmasını qazanması barədə fikir bildirdim. Və koronavirus ilə imitasiya etmək lazım deyil. Pandemiya məhdud bir nüvə müharibəsi ilə müqayisə edilə biləcək dərəcədə bəşəriyyətə zərbə vuracaq. Əgər Rusiya Federasiyası xüsusi xidmət orqanları məqsədyyönlü olaraq virusu Uhana gətiriblərsə, bu, Putini aradan götürməkdə “ varislər” üçün bir şansdır. Qalır yalnız onu cinayətlərində ittiham etmək”.

Tərcüməyə Sözardı: Yaddaşı yaxşı olanlar bilir ki, 7 mart 2018-ci ildə Rusiya prezidenti Vladimir Putin Vladimir Solovyovun “Dünya düzəni 2018” filmində nüvə zərbəsinin qlobal bir fəlakətə səbəb olacağını bildirmişdi və bundan sonra sual etmişdi: “O yerdə ki, Rusiya olmayacaq, o dünya nəyimizə lazımdır?”. Yəni, Rusiya prezidentinin bütün dünyanı məhv etmək kimi antibəşəri bir düşncədə olduğu əvvəllər də öz dilindən səslənib və Yuri Şvetsin onu koronavirusun yayılmasında ittiham etməsində həqiqət çalarları ola bilər.

Tərcümə və sözardı İlham İsmayıla məxsusdur.

Mənbə: moderator.az