Kraliça II Yelizaveta İngiltərə xalqına səsləndi

Kraliça II Yelizaveta İngiltərə xalqına səsləndi

Ölüm sayının 4 min 934, yoluxanların sayının isə 47 min 806 olduğu ölkə kraliçası II Yelizaveta, İngiltərə xalqı qarşısında çıxış edib.

Unikal.org məlumat verir ki, epidemiyanın gündəlik həyatda ölüm hadisələrinə səbəb olduğunu vurğulayan Kraliça, bəzilərinin ölüm səbəbiylə üzüldüyünü, bəzilərinin maddi çətinliklərlə üzləşdiklərini bildirib.

Həmçinin də, Yelizaveta, epidemiya ilə mübarizənin ön sıralarında olan Milli Səhiyyə Xidməti işçilərinə və ehtiyacı olanlara kömək etmək üçün könüllü olaraq təxminən 750.000 insanı xüsusi fərqləndirib.Kraliça II Yelizaveta: “Biz bu xəstəliklə mübarizə aparırıq. Sizi əmin etmək istərdim ki, birləşmiş və əzmli olsaq, bunun öhdəsindən gələcəyik” deyərək, öz intizamının, qətiyyətinin və mehriban hisslərinin hələ də İngiltərənin əsas xüsusiyyətləri olduğunu vurğulayıb.

Qeyd edək ki, taxtda 68 il ərzində yalnız 4 dəfə xalq qarşısında çıxış edən 93 yaşındakı Kraliça, ilk dəfə olaraq “getdikcə daha çətin bir zamanda xalqa müraciət etdiyini” söyləyib.

Mənbə: www.unikal.org