“Onunla zarafat etməyin: O, heç kimə güzəştə getmir, hətta onu yaradana da!”

“Onunla zarafat etməyin:  O, heç kimə güzəştə getmir, hətta onu yaradana da!”

Bütün dünyada sürətləyayılmada olan koronavirus xəstəliyi fonunda bu virusun bioloji silah nümunəsiolması ilə bağlı iddialar bitmək bilmir. Lakin ən başlıca sual budur: Əgərkoronavirus həqiqətən də bioloji silah nümunəsidirsə, o zaman onun bu silahıyarada biləcək bütün potensial güc mərkəzlərində - Çin, Rusiya, ABŞ və Avropadayayılması nə ilə bağlıdır? Niyə bu virusu ortaya atan dövlət özünü ondan sığortalamaq haqqında düşünməyib?

Moderator.az xəbər verirki, Rusiyanın Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin aparıcı mütəxəssisi, siyasielmlər doktoru Mixail Aleksandrov bu sualla bağlı maraqlı fikirlər səsləndirib.Bioloji silahların kimsəyə, hətta onu yaradan dövlətlərə belə güzəştə getmədiyinibildirən ekspert, koronavirusun da bu qəbildən olduğunu söyləyib:

“Bioloji silahlarlazarafatlar pisdir. Bu silahın səndən yan keçəcəyini gözləmək kifayət qədər sadəlövhlükdür.Çünki bu silah onu yaradanları da hədəf alır və kimsəyə fərq qoymur”.

M.Aleksandrov virusun ABŞtərəfindən məqsədli şəkildə Çinə qarşı tətbiq edilməsi iddiasının dahainandırıcı göründüyünü vurğualyıb:

“Bəlkə də Amerika virusunÇinə ağır bir zərbə vuracağını gözlədi, çünki Çin ilə problemləri var. Onu əsasiqtisadi və geosiyasi rəqibi kimi görürlər. Amerikanın qənaətincə, belə bir xəstəliyinÇini zəiflətməsi lazım idi”.

Rusiyanın da biolojisilahlar üzərində iş aparıdğını bildirən ekspert, koronavirusa qarşı peyvəndin hazırlanacağınada əminliyini ifadə edib:

“Olduqca inkişaf etmişbir mikrobiologiyamız var. Uzun illərbioloji silahla məşğuluq. Həm tibbdə, həm də hərbi tibbdə yaxşı birmikrobioloji məktəbimiz var.

Biz bu viruslara qarşı qısa zamanda dərman yarada bilərik. Tez Ebolayaqarşı peyvənd hazırladıq. Bu virusa gəlincə, düşünürəm ki, ona qarşı da birpeyvənd hazırlanacaq. Ancaq bu, heç bir təhlükənin mövcud olmadığı demək deyil.Aşı yaratmaq üçün çox vaxt tələb edir. Onu da unutmaq olmaz ki, bir biolojisilah nə qədər dəhşətlidirsə, bir o qədər çox öldürür"

Mənbə: moderator.az