ABŞ İrana krediti blokladı - Şamxanidən reaksiya

ABŞ İrana krediti blokladı - Şamxanidən reaksiya

Beynəlxalq Valyuta Fondunun (BVF) koronavirusla mübarizə çərçivəsində İran üçün nəzərdə tutduğu kredit layihəsinə ABŞ-ın qarşı çıxması bəşəri cinayətdir.

Axar.az xəbər verir ki, bu sözləri İran Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamxani deyib.

“Tibbi vasitələrə sanksiya tətbiq etmək insan hüquqlarına zidd davranışdır və Trampın İran millətinə açıq şəkildə düşmən münasibətini göstərir”, - deyə Şamxani bildirib.

Qeyd edək ki, İran COVİD-19 virusu ilə əlaqədar BVF-dən 5 milyard dollarlıq kredit istəmişdi.

Mənbə: axar.az