Avropanı koronadan sonra süqut gözləyir - Sabiq nazirlər

Avropanı koronadan sonra süqut gözləyir - Sabiq nazirlər

Avropa Birliyini koronavirusdan sonra süqut gözləyir.

Axar.az xəbər verir ki, bu sözlər Almaniyanın keçmiş xarici işlər nazirləri Yoşka Fişer və Ziqmar Qabriyelin “Taqesşpigel” qəzetində dərc olunan məqaləsində yer alıb.

Siyasətçilərin fikrincə, koronavirusla mübarizədə İtaliya və İspaniya lazımi qədər dəstəklənmir:

“Avropa həmrəyliyi Almaniyaya II Dünya müharibəsindən sonra iqtisadi uğur qazanmağa kömək edib. Ona görə də Almaniya gərək Fransa ilə birgə Avropaya liderliyini göstərməyə hazır olsun. Avropaya iki şey lazımdır. Bunlar böhranda ümumi yardım və böhrandan sonra ümumi proqramın bərpasıdır. Koronavirus iki əks istiqamətli prosesi sürətləndirmək potensialına sahibdir. Bu, ya Avropada çatları dərinləşdirə və ittifaqı süqut etdirə, ya da Avropa Birliyi üzvlərini virusla mübarizədə birləşdirə bilər. Avropanın hansı yolu seçəcəyi, bizdən – almanlardan asılıdır. Bizim çox vaxtımız yoxdur”.

Mənbə: axar.az