Jurnalist Kəmallədin Heydərova müraciət etdi

Jurnalist Kəmallədin Heydərova müraciət etdi

Jurnalist Əvəz Zeynallı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət edib.

Pravda.az-ın xəbərinə görə, Ə.Zeynallı deyib ki, müraciət Qəbələdə kimsəsiz qadına kömək edilməsi ilə bağlıdır.

“Qəbələdə bir qadın dünən də canlı yayına zəng etmişdi, orada da demişdim, bu gün də telefon edib - acdır. Kimi-kimsəsi yoxdur, evində yalnız qalıb, yeməyə çörəyi, yardımı, adamı yoxdur - Abbasova Nəzakət Heydər qızı. Qəbələdə, 2-ci "qorodok"-rus şəhərciyində yaşayır. Bu qadın acdır, buna yardım etmək olmazmı? Kəmaləddin müəllim, Qəbələ sizindir, atanız da oradan deputatdır, bir qadının evinə yardım göndərə bilərsinizmi? Qəbələnin icra başçısı Səbuhi Abdullayev, bu qadına, evində aclıq içində olan Azərbaycan vətəndaşına yardım edə bilərsinizmi? Qəbələnin imkanlı adamları, bu məmurlar bəlkə heç Sizi və vətəndaşları düşünmür, bəs Siz, bir qadını acmı saxlayacağıq?!” – Ə.Zeynallı qeyd edib.

Mənbə: pravda.az