İran: "Çin koronavirusdan ölənlərin sayında dünyaya acı bir zarafat etdi"

İran: "Çin koronavirusdan ölənlərin sayında dünyaya acı bir zarafat etdi"

"Çin yeni növ koronavirusdan ölənlər və yoluxanlarla bağlı açıqladığı rəqəmlərlə dünyaya acı bir zarafat etdi. Bu xəstəliyin yayıldığı ölkələr Çindəki statistikanı göz önünə alaraq xəstəliyin qrupdən daha yüngül olduğunu zənn etdi. Belə deyil. Bu virusun müddətinin 2 ay olduğunu da demək mümkün deyil".

Metbuat.az xəbər verir ki, bu sözləri keçirdiyi mətbuat konfrasında "Anadolu Agentliyi" müxbirinin suallarını cavablandıran İran Səhiyyə Nazirliyi sözcüsü Kiyanuş Cahanpur deyib. Tehrandakı vəziyyətin "qırmızı" səviyyədə olduğunu qeyd edən Cahanpur əlavə edib:

"Tehranda ölü və yoluxma sayı azalırdı. Amma Novruz tətilinin bitməsindən sonra xalqın şəhərə geri dönməsi və iş yerlərinin yenidən açılması nəticəsində gələn həftə rəqəmlər arta bilər. Tədbirlərə riayət edilməsəvə məsələyə ciddi yanaşılmasa, paytaxtda virus yenidən başlaya bilər".

Qeyd edək ki, bu günə qədər İranda koronavirusa 58 mindən çox insan yoluxub. Virus səbəbindən ölənlərin sayı isə 3 min 603-dür.

Mənbə: metbuat.az