Naxçıvanda baş həkim işdən çıxarıldı - Virusa yoluxmuş şəxslərlə təmasda olub

Naxçıvanda baş həkim işdən çıxarıldı -     Virusa yoluxmuş şəxslərlə təmasda olub

Naxçıvanın Şərur rayon Aralıq kənd xəstəxanasının baş həkimi Asəf Tağıyev vəzifəsindən azad edilib.

Pravda.az-ın xəbərinə görə, bu barədə A.Tağıyevin oğlu Rövşən Tağıyev məlumat verib.

R.Tağıyev qeyd edib ki, atası ömrünün 47 ilini həkim olaraq, xalqına xidmət edib: “Naxçıvan MR Ali Məclisinin sərəncamı ilə “Əməkdar Həkim” fəxri adına layiq görülüb. 2005-ci ildən 2020- ci ilədək, Naxçıvan MR Ali Məclisində Millət Vəkili olmuşdur! Yaş həddinə görə bu ilki seçkilərdə iştrak etmədi ki, gənclərə yol açılsın. Tanıyanlar yaxşı bilir ki, həm millət vəkili olduğu dönəmdə, həm də həkimlik fəaliyyəti dönəmində gecə-gündüz qapımızı döyən xəstələrin, təmənnasız imdadına çatıb. Naxçıvanda son günlərdə virusun yayıldığını müşahidə edib və aşkarlayıb! Daha sonra öz ərizəsini yazaraq tutduğu vəzifədən öz istəyi ilə çıxıb. Səbəb odur ki, 68 yaşı var və fəaliyyət göstərdiyi ərazidə virusa yoluxmuş şəxslərlə təmasda olub. Hər övlad kimi bizim də istəyimiz o oldu ki, xidmət etdiyin illər bəsdir və təqaüdə çıxmaq vaxtıdır. Sağolsun, bizim sözümüzü qəbul edərək ərizəsini yazdı”.

Mənbə: pravda.az