Covid-19 həbsxanalarda böyük fəlakətə səbəb ola bilər - Papa Francis

Covid-19 həbsxanalarda böyük fəlakətə səbəb ola bilər - Papa Francis

Katoliklərin mənəvi lideri Papa Fransisk bazar ertəsi günü Casa Santa Martadakı keçridiyi dini mərasimdə bildirib ki, koronavirusun yayılmasına qarşı həbsxanaların intensivliyi azaldılmalıdır. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Epidemiyanın həddindən artıq çox olan həbsxanalarda yayılmasının fəlakət olacağını vurğulayan Papa həll yolunun tapılması üçün səlahiyyətlilərə dua etdiyini söyləyib.

Roma Papası Fransisk hökumətlərin yoxsulluq əleyhinə siyasətinin çatışmazlığına da toxunub. Bəzi xeyriyyə fondlarının həddindən çox maaşlı işçiləri olduğu üçün ianələrin yoxsullar üçün yetərli olmadığını deyən Papa, hər kəsin kasıblara münasibətlərinə görə mühakimə olunacağını söyləyib.

Xatırladaq ki, dünyada Covid-19 səbəbiylə yaşanan ölümlər 70 mini keçib. Fransada koronavirus həbsxanalara sıçrayıb, İngiltərədə isə minlərlə məhkum yoluxma təhlükəsi ilə üz-üzə qalıb.

Mənbə: sia.az