Nazir iş dünyasına səsləndi: “Psixoza yol verməyin”

Nazir iş dünyasına səsləndi: “Psixoza yol verməyin”

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov rusiyalı iş adamlarını biznesi dayandırmamağa, koronovirus epidemiyası şəraitində yeni yollar axtarmağa çağırıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, nazir indiki şəraitdə sanitar normalara əməl olunması ilə iş prosesinin davam edilməsi arasında kompromisin tapılmasının vacibliyini qeyd edib.“Məncə, neqativ əhvala qapılmamaq, psixoza yol verməmək vacibdir. Həyat davam edir”, - nazir vurğulayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin kiçik və orta sahibkarlığa dəstək məqsədilə vergi imtiyazları və kredit möhləti ilə bağlı sərəncam imzalayıb.

Musa Qoca

Mənbə: open.az