“Bu, “Qarabağ klanı” ilə hakimiyyətin mübarizəsinin təzahürüdür”

“Bu, “Qarabağ klanı” ilə hakimiyyətin mübarizəsinin təzahürüdür”

“Əslində bütün bunlar Ermənistanın daxilindəolan problemlərin təzahürüdür”.

BunuModerator.az-a Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili AsimMollazadə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı ermənilərin səsləndirdiyifikirləri şərh edərkən deyib.

“Bilirsinizki, Ermənistanda “Qarabağ klanı” indiki hakimiyyətlə çox amansız mübarizəaparır. Ancaq burada bir sıra digər amillər də ola bilər.

Onlar bufikri ortaya atmaqla həm də münaqişənin həlli ilə bağlı gedən bütün beynəlxalqprosesləri, danışıqları pozmağa çalışırlar”.

AsimMollazadənin sözlərinə görə, Ermənistandakı bəzi qüvvələrin istəyi odur ki,bölgədə hərbi əməliyyatlar yenidən başlasın, müharibə alovlansın və bu vəziyyətdənistifadə edib Ermənistanda hakimiyyəti dəyişsinlər:

“Ona görədə mənə elə gəlir ki, bu fikirlər onu ortaya atanların uzun vədəli planlarındanxəbər verir. Plan da odur ki, Ermənistanda hakimiyyəti yenə dəyişsinlər, hərbitoqquşmaları aktivləşdirsənlər və bölgədə gərginliyi davamlı artırsınlar”.

Mənbə: moderator.az