NDU-da keçirilən tədbir Türkiyə mətbuatında geniş işıqlandırılıb

NDU-da keçirilən tədbir Türkiyə mətbuatında geniş işıqlandırılıb

Naxçıvan, 6 aprel, AZƏRTAC

Naxçıvanda təhsil alan əcnəbi tələbələrə ərzaq payının verilməsi Türkiyə mətbuatında geniş işıqlandırılıb. Bu xəbəri onlarla qəzet və informasiya portalı yayımlayıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvanda təhsil alan əcnəbi tələbələrə ərzaq payının verilməsi ilə bağlı xəbərə Türkiyənin igdir15temmuzgazetesi.com, yesiligdir.com, konyaekspres.com, ardahanhaber.com, gazetepusula.net, karsmedyasi.com, narinkalegazetesi.net, igdirim76.com, agrihurses.net, kimlikhaber.com, serhatbirikim.com.tr və gazetekars.com sayt və qəzetlərində geniş yer verilib.

Dərc olunmuş materiallarda bildirilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin tapşırığı ilə muxtar respublikada təhsil alan və dünyada yayılmış koronavirus pandemiyasına görə ölkələrinə gedə bilməyən 164 əcnəbi tələbəyə bir aylıq ərzaq payı təqdim olunub.

Naxçıvan Dövlət Universitetində bu münasibətlə keçirilən tədbiri yüksək qiymətləndirən qardaş ölkə mətbuatı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisi Seymur Talıbovun tədbirdə səsləndirdiyi fikirlərə geniş yer ayırıb və oxucuları ilə bölüşüb.

Türkiyəli jurnalistlər Naxçıvanda atılan bu addımın böyük humanistlik nümunəsi olduğunu xüsusi vurğulayıblar.

Mənbə: azertag.az