Dmitri Peskov: Anadolu Agentliyi bir əsr ərzində böyük inkişaf yolu keçib

Dmitri Peskov: Anadolu Agentliyi bir əsr ərzində böyük inkişaf yolu keçib

Moskva, 6 aprel, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Türkiyənin Anadolu Agentliyinə 100 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

Dmitri Peskov məktubda bildirir ki, Anadolu Agentliyi dünyada dost Türkiyə Respublikasının rəsmi səsi kimi tanınır. Kremlin mətbuat katibi vurğulayıb ki, agentlik bir əsr ərzində böyük inkişaf yolu keçib və hazırda dünya miqyaslı informasiya standartlarından geri qalmır.

D.Peskov Anadolu Agentliyinin xüsusilə Rusiya ilə bağlı tarazlaşdırılmış və obyektiv informasiya təqdim etməsini yüksək qiymətləndirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Mənbə: azertag.az