Erməni generaldan Paşinyana: Köçəryanı azad et

Erməni generaldan Paşinyana: Köçəryanı azad et

Ermənistan Müdafiə Nazirliyinin Milli Müdafiə Tədqiqatlar Universitetinin keçmiş rəhbəri general-leytenant Hayk Kotancyan hakimiyyəti esk-prezident Robert Köçəryanı koronavirusun yayılmasıyla əlaqədar həbsdən azad etməyə çağırıb.

Axar.az xəbər verir ki, Kotancyanın bəyanatı “Ermənistanın səsi” qəzetində yayımlanıb.

O, 65 yaşlı Köçəryanın müalicəyə ehtiyacı olduğunu bildirib. Kotancyan Köçəryanın azad edilməsinin erməni ictimaiyyətinin konsolidasiyasına yol verəcəyini söyləyib.

Mənbə: axar.az