“Bəzi işbazların bu hərəkətlərə yol verməməsinə çalışmalıyıq” - Sabir Hacıyev

“Bəzi işbazların bu hərəkətlərə yol verməməsinə çalışmalıyıq” - Sabir Hacıyev

"Cənab prezidentin Sumqayıtda tibbi maska istehsalı müəssisəsinin açılışında etdiyi çıxışı yüksək qiymətləndirirəm. Çünki koronavirus pandemiyası dövründə hər birimiz dövlətimizin yanında olmalı, ona dəstək nümayiş etdirməliyik”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sabir Hacıyev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu gün Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışındakı çıxışını şərh edərkən deyib.

Deputat bildirib ki, bəzi şəxslər dövlətin yanında olmaq əvəzinə, süni qiymət artımına gedirlər:

“Hesab edirəm ki, bu çox yanlış haldır. Hətta cənab prezident çıxışında süni qiymət artımına yol verənlərin ciddi cəzalandırılacağına dair xəbərdarlıq da edib. Düşünürəm ki, biz bəşəriyyətin, eləcə də dövlətimizin üzləşdiyi bu çətin məqamda ölkə başçımızın yanında olub, əl-ələ verib birlik nümayiş etdirməliyik. Bəzi işbazların bu hərəkətlərə yol verməməsinə çalışmalıyıq”.

Sabir Hacıyev ölkədə tibbi maskanın olmamasına da münasibət bildirib:

“Neçə vaxtdır ki, apteklərdə tibbi maska qıtlığı yaşanırdı. Vətəndaşlar tibbi maska qıtlığından əziyyət çəkirdilər. Hesab edirəm ki, belə bir vaxtda ölkə başçısının gördüyü bütün işlər təqdirəlayiqdir. Həmçinin, ölkə bşçısının xalqa müraciətini hər birimiz diqqətdə saxlamalıyıq. Dövlət başçımızin qabaqlayıcı tədbirlərini də qeyd etmək istəyirəm. Bu çox vacibdir. Bəzi ölkələr zamanında tədbir gormədiyindən bu gün əziyyət çəkir. Cənab prezidentin də söylədiyi kimi, karantin müddətində məsuliyyətli olmalı, nizam-intizam qaydalarını pzomamalı, özümüzü, uşaqlarımızı, yaxınlarımızı qorumalıyıq”

Mənbə: modern.az