“Onlar post-virus dönəmindən sonra da uzun müddət özlərinə gələ bilməyəcəklər”

“Onlar post-virus dönəmindən sonra da uzun müddət özlərinə gələ bilməyəcəklər”

Koronavirus xəstəliyinindünya iqtisadiyaytına ağır zərbə vurduğu, dünya dövlətərinə maddi baxımdanböyük itkilər yaşatdığı göz önündədir. Bəs bu xəstəlik dünyadakı siyasi münasibətlərsistemi və siyasi proseslərə də hər hansı şəkildə təsir göstərəcəkmi?

Moderator.az-a açıqlamaverən politoloq Tofiq Abbasov koronavirusun bir çox dövləri özündən sonra daciddi problemlərlə üz-üzə qoyacağını vurğuladı:

“Hesab edirəm ki, buprosesin tərkibində geosiyasi amillər var. Hazırda belə bir proqnoz səslənir ki, koronavirusun dünyaiqtisadiyyatına vurduğu ziyanın məbləği 3 trilyon dollar olacaq. Bu, böyük məbləğdir.Lakin hələlik heç kim deyə bilmir ki, bütün bu məhdudiyyətlər, hərəkətsizlikdövrü nə qədər davam edəcək. Ehtimal edilir ki, təxminən bir aydan sonra başverənlərin konturu daha da aydınlaşacaq və çox güman ki, virusun yayılmasındageriləmə olacaq.

Hazırda dünya iqtsiadiyyatıçox ağır bir dövrünü yaşayır. Bu proseslərdə ən çox itirən isə Çin oldu. Çünki Çinfaktiki olaraq ABŞ-a çatmışdı. Koronavirus Çinin inkişafına böyük ziyan vurdu vələngimə göz önündədir.

Post-virus dövründə yeniiqtisadi şərait formalaşcaq. Bu şəraitin özəlliyi ondan ibarət olacaq ki, birçox ölkələr geriləmədən sonra özünə gəlməyəcək. Bu, Çinə aid deyil. Çünki Çinözünü “dünya emalatxanası” kimi təsdiqləmişdi. Çində işçi qüvvəsi çoxdur. Partiyaintizamı mövcuddur və s. Bu, Çinə qısa zamanda bərpa olunmağa imkan verəcək. Lakinbir çox dövlətlər üçün bu proses çox ağır keçəcək. Çünki onların iqtisadipotensialı zəifdir. Bu səbəbdən də onlar xeyli müddət özlərinə gələ bilməyəcəklər”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az