Ermənistanın sabiq BQ rəisi niyə Aprel döyüşlərini araşdıran komissiyaya gəlmir?

Ermənistanın sabiq BQ rəisi niyə Aprel döyüşlərini araşdıran komissiyaya gəlmir?

“Əlbəttə, Azərbaycan bizim üçün gözlənilməzlik yarada bildi, lakin Ermənistan Silahlı Qüvvələri hücuma tab gətirə bildi və aprelin 3-də biz artıq itirilmiş mövqeləri geri qaytarmaq planlarını hazırlayırdıq”, - deyə Aprel döyüşləri vaxtı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş Yuri Xaçaturov bildirib. Aprel döyüşlərinin bəzi komandirləri də bildiriblər ki, atəşkəs olmasaydı, itirilmiş əraziləri geri qaytarmağa hazırlaşırdılar.

Aprelin 5-də Xaçaturov Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə Moskva atəşkəsini imzalayıb və ya onun ətrafında danışıqlar aparıb. Əlbəttə, bundan sonra da uzun müddət atışma və ikitərəfli itkilər olub, lakin genişmiqyaslı əməliyyat dayanıb.

Azərbaycan atəşkəslə götürdüyü mövqeləri öz əlində saxlayıb. Əslində, Moskva atəşkəsi barəsində Yuri Xaçaturovun danışdığı planları yarımçıq qoyulub.Niyə Xaçaturov bu və digər detallar barədə Aprel döyüşlərini araşdıran istintaq komissiyası qarşısında danışmaq istəmir?

Məlum olduğu kimi, Xaçaturov komissiyanın sədri Andranik Köçəryanın təklifini rədd edib.

Alpər Mövludoğlu
Ordu.az
 

 

Mənbə: ordu.az