İstanbulda iki pandemiya xəstəxanası inşa ediləcək

İstanbul, 6 aprel, AZƏRTAC

İstanbulun Atatürk və Sabiha Gökçən hava limanları ərazilərində pandemiya xəstəxanaları inşa ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mediaya açıqlamasında bildirib.

Qeyd edilib ki, hər biri min palatadan ibarət xəstəxanaların inşasının 45 gün ərzində tamamlanması planlaşdırılır.

Ölkədə 20-65 yaş arası vətəndaşlara tibbi maskaların ödənişsiz verildiyini xatırladan Rəcəb Tayyib Ərdoğan Türkiyə ərazisində maska satışının qadağan olunduğunu bildirib.

Türkiyə dövlətinin başçısı ölkədə başladılan Milli Həmrəylik Kampaniyası çərçivəsində indiyədək 1 milyard 500 milyon, SMS yolu ilə isə 43 milyon vəsaitin toplandığını bildirib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Detalları ilə sizi yanıldacaq bir-birindən MARAQLI 9 reklam afişası

SONRAKI XƏBƏR

Aprelin 8-dən 7 bank faisziz krediti verəcək