ABŞ-da 1000-dən çox hərbçi koronavirusa yoluxub

ABŞ-da 1000-dən çox hərbçi koronavirusa yoluxub.

“Qafqazinfo” “Associated Press” agentliyinə istinadən xəbər verir ki, orduda yoluxanların sayı 1132 olub. ABŞ Milli qvardiyasının 303 üzvündə virus aşkarlanıb.

Daha çox yoluxanlar isə Hərbi-dəniz qüvvələrində aşkarlanıb (431 nəfər). 150 xəstə isə aviasiya qüvvələrindədir.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Boris Conson reanimasiya şöbəsinə yerləşdirildi

SONRAKI XƏBƏR

5 yaşlı uşaq avtomobili suya atıb, ata onu xilas etmək istəyərkən hər ikisi boğulub