Paşinyan Sarkisyanla Xaçaturovdan gileylənib – “Çağırışa gəlmirlər”

Paşinyan Sarkisyanla Xaçaturovdan gileylənib –  “Çağırışa gəlmirlər”

Ermənistanınbaş naziri Nikol Paşinyan Serj Sarkisyanın və keçmiş Baş Qərargah rəisi YuriXaçaturovun parlamentin yaratdığı İstintaq Komissiyasının çağırışına gəlməməsindəngileylənib.

Moderator.azxəbər verir ki, Paşinyan bunu özünün Facebook səhifəsində vətəndaşlarla canlıünsiyyət zamanı verilən sualları cavablandırarkən deyib.

Paşinyanbildirib ki, Sarkisyanla Xaçaturov 2016-cı il Aprel döyüşlərinin nəticələriniaraşdıran komissiyanın suallarını nə vaxt cavablandırsalar, qurumun işi də ozaman yekunlaşacaq:

“Komissiyabir çox insanı dindirib və indi Baş Qərargahın sabiq rəisi Yuri Xaçaturovu dinləməyəçalışır. Bilirəm ki, Serj Sarkisyan da sualları cavablandırmaq üçün komissiyayadəvət olunub. Düşünürəm ki, Serj Sarkisyan və Yuri Xaçaturov komissiyaya gələndəbu komissiyanın işinin kulminasiya nöqtəsi olacaq”.

Obildirib ki, komissiya 25 min səhifəlik materialları araşdırıb və iyun ayınadəkişini yekunlaşdırmalıdır.

Taleh

Mənbə: moderator.az