Koronavirus AB tarixində ən ciddi böhrana səbəb oldu - Merkel

Koronavirus AB tarixində ən ciddi böhrana səbəb oldu - Merkel

Almaniya kansleri Angela Merkel koronavirusu Avropa Birliyi tarixində ən ciddi böhran adlandırıb...

PİA.az xəbər verir ki, bu barədə məlumatı “Deutsche Welle” nəşri yayıb.

Kansler qeyd edib ki, pandemiya təbii fəlakətə bənzər “vətəndaşların sağlamlığı üçün təhlükə” halına gəlib.

“Mənim fikrimcə, bu, Avropa Birliyi yarandığı gündən bu yana ən ciddi imtahandır” deyib.

Merkel AB iqtisadiyyatını müdafiə etməyə hazır olduğunu bildirib.

“Almaniya yalnız Avropa yaxşı işlər görsə, uğur qazana bilər “deyib.

Daha əvvəl bildirilib ki, AB koronavirusla mübarizə üçün hərbi operativ qrup yaradıb. 

Mənbə: pia.az