Prof. Məhəmməd Yunus - "COVID-19 xətalardan nəticə çıxartmağı bizə öyrətdi"

Prof. Məhəmməd Yunus - "COVID-19 xətalardan nəticə çıxartmağı bizə öyrətdi"

Belə bir deyim var: - “Hər şərdə bir xeyir var”

Həqiqətən də bu deyimdə böyük bir həqiqət vardır.

Bəzən bir işi istədiyimiz vaxtda həyata keçirə bilməyəndə çox üzülürük. Lakin işin nəticəsinin yaxşı və ya pis səmərə verəcəyini öncədən bilmirik.

Nobel mükafatı laureatı, professor Məhəmməd Yunus COVID-19 xəstəliyinin dünyaya qəfil yayılmasının həyatımızda müsbət bir dönüş rolu olduğunu bildirdi.

"Mən hətta deyərdim ki, qəzəbli pandemiya bu Festivalı bizim üçün daha mənalı edir və daha da aktuallaşdırır. Çünki COVID-19 bizə yol verdiyimiz xətalardan nəticə çıxartmaq və özümüzü yenidən kəşf etmək imkanı verir. Bu böhran artıq mövcud olan köhnə dünya nizamının dağılmasına aparır. Əgər bu baş verərsə, dağılıb məhv olmuş köhnə nizamın külü üzərində yeni bir sosial-iqtisadi nizam qurmaq üçün böyük fürsət yarana bilər," deyə M.Yunus belə vurğuladı.

Onun sözlərinə görə, dünyadakı dəyişiklik yeni həyat tərzimizə müsbət təsir göstərəcəkdir.

"Köhnə nizamın dağılmasına görə göz yaşı tökməyimiz üçün heç bir səbəb yoxdur. Çünki köhnəlik fəlakətin yaranmasına səbəb olan amillərdən biri idi. Məncə bu fəlakətdən sağ çıxa bilməmiz bizim üçün böyük bir şansdır. İndi iki seçim var – ya geriyə, köhnə nizama qayıdaq, ya da yeni bir nizam yaradaraq sivilizasiyaya doğru irəliləyək. Hazırda bu yolda yeni cığırlar qurmaq iqtidarındayıq. 2008-ci ildə baş verən qlobal maliyyə böhranı dönəmində biz ən yaxşı fürsətləri əldən verdik. Bundan sonra heç bir şansı əldən verməməliyik."

Məhəmməd Yunus keçirilməsi son dərəcə əhəmiyyətli olan “Super HappYYness 2021” festivalının əhatə etdiyi prioritet məsələləri də qeyd etdi.

“2021-ci il festivalını planlaşdırarkən, insanları, xüsusən də yaşlı nəsli və aramızda iqtisadi cəhətdən zəif olan təbəqəni böhrandan xilas etmək üçün önəmli məsələlərə diqqət etməliyik. Hər kəsi vahid bir səhiyyə sistemə daxil etmənin ən praktiki yolunu düşünməliyik. Əgər burada hər hansı birimiz nəzərdən yayınmış olarsa, bu həmin şəxsin sonradan sağlamlıq problemi yaşamasına gətirib çıxara bilər. Bunun üçün hr bir şəxsi bütövlükdə tanıya biləcəyimiz bir qrup və ya sistemə daxil etməliyik. Maddi durumundan asılı olmayaraq hər kəs bu qrupa aid olmalıdır, heç kim kənarda qala bilməz. Həyat sistemi bütövlükdə təkcə insanla məhdudlaşmır, bu eyni zamanda bütün həyat formalarını ehtiva edir. Yaşam tərzimizə, xüsusilə də qida vərdişlərimizə diqqət yetirməyimiz çox önəmlidir. COVID-19 bizə yemək vərdişlərimizdəki qusurlara dair sərt bir dərs verdi. Yaşam tərzimizə diqqətlə yanaşsaq, palnetimizdə bizə bəxş olunan bütün gözəlliklərdən ən etibarlı şəkildə faydalna bilərik.”

Professor Məhəmməd Yunus, həmçinin daha ciddi vəziyyətə çevrilən böhranı nəzərə alaraq səfərbər olunmanın vacibliyini vurğuladı. O, “Super Xöşbəxtlik” cəmiyyətinə daxil olan bütün üzvləri yenidən birləşərək bəşəriyyət üçün yeni dünya qurmğa çağırdı.

“Bu şiddətli virus müharibəsinin ortasında insanlara yeni etibarlı bir dünya bəxş etmək üçün ümid mənbəyi ola bilərik. Biz hərəkət etməliyik və bunun üçün qəti addımlar atmalıyıq. Biz həm yerli və milli olaraq fəaliyyət göstərə bilər, həm də qlobal miqyasda fəaliyyət göstərib hərəkət edə bilərik. Nəticə vermək üçün bilik, şəbəkə və yaradıcılıq imkanlarımız var. Biz fərdi insanlar, ailələr, icmalar, gənclər və yaşlı insanlardan tutmuş korporasiyalara qədər birgə əməkdaşlıq edə bilərik. Bura həmçinin texnologiya sahəsində çalışan insanlar da daxildir. Bundan əlavə, biz hökumətlər, maliyyə və siyasi qurumları da əməkdaşlığa cəlb etə bilərik. Əgər hərəkət etməsək, dünya geri dönəcək və 2008-ci ildə baş verənlər təkrar olunacaq. Bu status-kvonun ən asan variantıdır. Onlara əvvəlkindən daha cəlbedici, mümkün qədər düşündüklərindən daha fundamental dəyişikliklər gətirən yeni seçimlər verməliyik. Bu, bizim üçün istənilən halda hərəkətə keçmənin ən uyğun məqam olması deməkdir.”

Mənbə: ednews.net