Ermənistanda karantin: müxbirimiz Yerevan küçələrində nə gördü?

Ermənistanda karantin: müxbirimiz Yerevan küçələrində nə gördü?

BBC News Azərbaycancanın müxbiri Aleksey Manvelyan Ermənistanın paytaxtı Yerevanda koronavirus əleyhinə karantin tədbirlərini müşahidə edib.

Ermənistanda daha 34 virusa yoluxma halı qeydə alınıb və bununla da yoluxanların ümumi sayı 822-yə çatıb.

Aprelin 1-dən Ermənistan Komendaturasının qərarı ilə, ölkədə fövqəladə vəziyyət rejimi şəraitində tətbiq edilən bir sıra məhdudiyyətlər daha da sərtləşdirilib və daha 10 gün müddətinə uzadılıb.

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə martın 16-dan aprelin 14-dək Ermənistanda fövqəladə vəziyyət elan edilib.

Hazırda 758 nəfər xəstəxana və klinikalarda müalicə olunur. Bazar gününə olan rəsmi məlumata görə Covid-19-la əlaqədar keçirilən 3844 test mənfi nəticə verib, 57 nəfərin tam sağaldığı bildirilir, 7 ölüm halı qeydə alınıb. Bu barədə Ermənistan Səhiyyə Nazirliyi aprelin 4-də məlumat yayıb.

Mənbə: www.bbc.com