BMT Təhlükəsizlik Şurası ilk dəfə COVID-19-u müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası ilk dəfə COVID-19-u müzakirə edəcək

Koronavirus epidemiyasına qarşı heç bir tədbir görmədiyi üçün tənqid olunan BMT-nin Təhlükəsizlik Şurası (TŞ) aprelin 8-də videokonfrans formasında keçiriləcək qapalı iclasda COVID-19-u müzakirə edəcək.

“Anadolu” agentliyi xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreşin epidemiyanın beynəlxalq sülhə və təhlükəsizliyə təhdid olması barədə xəbərdarlıqlarına və İkinci Dünya müharibəsindən bəri baş verən ən çətin böhran olduğuna baxmayaraq, Təşkilatın Təhlükəsizlik Şurası uzun müddət koronavirusla bağlı addım atmayıb.

BMT Baş Məclisinin 10 seçilmiş müvəqqəti üzvü şuraya çağırılsa da, diplomatik mənbələr tənqid və ittihamların diqqət mərkəzində olmaqdan narahatlıq keçirən Çinin toplanmaq fikrinə müsbət baxmadığını bildirib.

Diplomatlar ABŞ-ın COVID-19-a “Çin virusu” deməsi səbəbindən Çin və Rusiyanın BMT TŞ-də koronavirusun müzakirəsinə etiraz etdiyini vurğulayıblar.

Mənbə: www.oxu.az