Bizə heç bir Marşall Planı lazım deyil - AB

Bizə heç bir Marşall Planı lazım deyil - AB

Koronavirusla mübarizə üçün iqtisadi planın qəbulu vacibdir.

Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin Baş diplomatı Jozep Borrel deyib.

“Marşall Planı haqqında danışmaq çox yaxşıdır, amma problem odur ki, bizim heç bir “mister Marşal”ımız yoxdur. İndi “mister Marşal” biz özümüzük. Afrika üçün müəyyən Marşall Planı tələb etmək olar, amma bu gün Avropaya yardıma gələcək heç bir Marşall olmayacaq.

Marşall Planı 1940-cı ilin sonlarında bərpa üçün hazırlanmışdı. Biz gərək dağılmaya mane olaq. Bizə iqtisadi plan dərhal lazımdır ki, şirkətlər bir-birinin ardınca bağlanmasın. Biz nəhəng iqtisadi neytron bomba ilə üz-üzə qalmışıq. Biz iqtisadi problemlərə müqavimət göstərmək üçün səhiyyə sahəsində təhdidin nə zaman bitəcəyini gözləyə bilmərik”, – deyə o bildirib.

Mənbə: axar.az