"Ağcabədidə 140-dan çox market imkansızlara pulsuz çörək paylayır"- Deputat

"Ağcabədidə 140-dan çox market imkansızlara pulsuz çörək paylayır"- Deputat

Xəbər verdiyimiz kimi "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı" təsdiq edilib. Planda nəzərdə tutulan istiqamətlərdən biri, iş yerlərinin ixtisar edilməməsi üçün sahibkarlara dəstək, eləcə də işsizlərə ödənişlərin verilməsidir. Amma planda əmək haqqı gündəlik ödənilən şəxslər - ofisiantlar, tikintidə ustalar, fəhlələr, turizm sahəsində işləyənlərə heç bir güzəşt nəzərdə tutulmayıb. Karantin müddəti bitənə kimi həmin şəxslərin gündəlik qida ilə təmin edilməsi üçün tolonlar verilə bilərmi?

Bununla bağlı SONXEBER.AZ-a danışan deputat Tahir Rzayev bildirib ki, ehtiyacı olan insanlara kömək olunmalıdır: "Təkcə İcra orqanları deyil, imkanlı şəxslər və sahibkarlar mütləq elə insanlara diqqət yetirməlidir. Çətinl günlərdə insanlar birləşməli, bir-birinə əl tutmalıdırlar. Cənab prezidentimizin təsdiq olunmuş sərəncamı ilə 600 minə yaxın insana kömək ediləcək. Koronavirus elə bir bəladır ki, bütün insanlara kömək etmək mümkün deyil. Çünki qeydiyyat və sui-stifadə halları var. Əlbəttə bu ilk mərhələdir. Təbii ki, bu vəziyyət uzanarsa gələcəkdə də onlara yardımlar ediləcək. Yerli İcra orqanları, bələdiyyələr bu məsələdə fəal iştirak etməlidir. Çünki bələdiyyələr insanları yaxşı tanıyırlar. Bələdiyyələr ehtiyacı olan ailələrlə daim əlaqədə olmalıdır. Ehtiyacı olan ailələr yerində araşdırılmalı, onlara müəyyən yardımlar edilməlidir. Bu sahədə dövlətin də tədbirləri var. Təki karantin müddəti bitsin. Biz az itkilərlə bu bəladan qurtulaq. Düşünürəm ki, ehtiyacı olan insanlar diqqətdən kənar qalmamalıdır. İmkansız ailələrə marketlər tərəfindən talonların verilməsi onların təşəbbüsündən asılıdır. Təkcə bütün yükü dövlətin üzərinə atmaq olmaz. Əgər mən bilirəmsə qonşum evdə acdır, həmin şəxsə kömək etməliyəm. Demək olar ki, 10-15 imkansız ailələrlə danışıb, yardım edirəm. Bu işdə hər birimiz təşəbbüskar olmalıyıq. Ağcabədidə 15 gündən çoxdu 140-dan çox market pulsuz çörək aksiyasına qoşulub. Bütün marketlərdə imkansız ailələrə çörək pulsuz verilir. Nəinki çörək, hətta zənbil bağlayıb imkansız ailələrin evlərində gedirlər. Ağcabədililər artıq bu üsula keçib. Düşünürəm ki, Bakıda bu cür humanist addımlar atılmalıdır. Hər birimiz bu məsələdə duyarlı olmalıyıq. Dövlət haradan bilsin ki, haarda imkansız, çörək almaya pulu olmayan qadın var. O qadınla eyni küçədə yaşayan qonşu, imklanlı şəxs də əl uzatmalıdır. Burada çətin nə var. Bu günlər də hər birimiz ehtiyacı olanlara əl tutmalıyıq".

Aysel Yusifqızı

Sonxeber.az

Mənbə: sonxeber.az