Koronavirusdan ölən olmadı-Çində bir ilk

Koronavirusdan ölən olmadı-Çində bir ilk

Çində ilk dəfə yeni növ koronavirus (Kovid-19) səbəbiylə ölənlərin olmadığı açıqlanıb.

SONXEBER.AZ xarici mətbuata istinadən xəbər veir ki, Çinin Milli Səhiyyə Komissiyasının açıqlamasında, ölkədə Kovid-19 yoluxma halının başlandığı yanvar ayından bəri ilk dəfə bu gün heç bir ölüm halına rastlanmadığı bildirilib.

Komissiya bu gün 32 yeni koronavirusa yoluxma halı ilə birlikdə ümumi sayının 81 740-a çatdığını və bu gün 89 adamın müalicə edildiyini açıqlayıb.

Kovid-19-un yayıldığı ölkə olan Çində virusun yayılması güclü nəzarətdədir.

F.Ağayeva

Sonxeber.az

Mənbə: sonxeber.az