Sabiq erməni Baş nazir: “İrəvan rüsvayçı vəziyyətdədir, hər şey tərk edilmiş vəziyyətdə buraxılıb”

Sabiq erməni Baş nazir: “İrəvan rüsvayçı vəziyyətdədir, hər şey tərk edilmiş vəziyyətdə buraxılıb”

“Ermənistanda koronavirus sürətli templərlə yayılır. Artıq məlumdur ki, Nikol Paşinyan hər hansı qaydada prosesə təsir etmək iqtidarında deyil.” Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş naziri Hrant Baqratyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, İrəvan rüsvayçı vəziyyətdədir, hər şey tərk edilmiş vəziyyətdə buraxılıb.

“Yayıldıqca yayılır. Epidemiya bir gün pik həddə çatmalı və geri çəkilməlidir. Yayın istiləri kömək edə bilər, lakin ağcaqanad və milçəklər vəziyyəti daha da ağırlaşdıra bilər. Tərəfimdən verilmiş zəmanətlər əslində nəzərə alınmır”, - deyə Baqratyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az