"Bu "seçkilər"in heç bir hüquqi əsası yoxdur"- Rasim Musabəyov

"Bu "seçkilər"in heç bir hüquqi əsası yoxdur"- Rasim Musabəyov

Dünya pandemiyaya qarşı mübarizə aparır. Demək olar ki, bütün ölkələr vətəndaşlarının təhlükəsizliyi və sağlamlığını təmin etmək məqsədilə karantin elan edib. Əksər beynəlxalq idman yarışları, konfranslar və görüşlərin təxirə salındığı bir ərəfədə Dağlıq Qarabağdakı separatçı rejim saxta seçki şousu keçirib. Bunun özü göstərir ki, orada hər hansı bir ciddi struktur mövcud deyil və dünya ilə ayaqlaşmaq imkanları da sıfırdır.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov dünya tərəfindən rədd edilən işğal altında olan Qarabağdakı separatçı rejimin keçirdiyi "seçki"lər haqqında danışarkən deyib.

Politoloq bildirib ki, Ermənistan rəhbərliyi və işğal altındakı torpaqlarımızda qurulan cinayətkar rejim hesab edib ki, Dağlıq Qarabağ işğaldan sonra qapalı bir yerə çevrilib, ora gedib-gələn azdır və “seçki"ni keçirmək olar:

“Əslində söhbət hansı "seçki"dən gedə bilər: Bunların Xankəndindən başqa heç bir işğal edilən ərazilərimizdə seçicisi belə yoxdur. Adını da "seçki" qoyublar. Vəziyyətən istifadə edərək "seçki"lərini keçiriblər, amma bunun heç bir hüquqi əsası yoxdur”.

Deputat əlavə edib ki, saxta rejim tərəfindən keçirilən seçkiləri rellıqda heç bir dövlət və beynəlxalq təşkilat tanımayıb və Qarabağın Azərbaycan ərazisi olduğunu anlayan dövlət və təşkilatların sayı günü-gündən çoxalır.:

"Digər tərəfdən, bundan əvvəl keçirdikləri "seçkilər"də hansısa dövlətlərdən özlərinə yaxın olan insanları gətirərək bu şouları vasitəsilə gündəmdə qalmaq istəyirdilər. Bu dəfə isə heç bunu da edə bilmədilər. Rusiyadan və başqa ölkələrdən pul müqabilində müşahidəçilər belə gətirmək imkanları olmadı. Bu tədbirin beynəlxalq səviyyədə heç bir əhəmiyyəti yoxdur, əksinə dünya ölkələri bunda maraqlı olmadıqlarını göstərdi. Xankəndində baş verənlərin Ermənistan daxili situasiyası baxımından müəyyən əhəmiyyəti var.

Paşinyan Dağlıq Qarabağa da nəzarətini gücləndirmək istəyirdi. Ehtiyat edirdi ki, buradan ona qarşı terrordan tutmuş, rəqiblərinə dəstək verməyə qədər addımlar ola bilər. Odur ki, bu ərazilərə nəzarəti ələ almağa çalışırdı, amma bunu bacara bilmədi”.

Analitik qeyd edib ki, seçkilərə beynəlalq reaksiyar da vacibdir:

“Əlbəttə indiyə qədər keçirilən seçkiləri tanımayıblar. Əksinə, açıq elan edilib ki, bu seçkilərin konfliktin həllinə dair danışıqlar prosesinə heç bir təsiri olmayacaq. Yəni onları bu saxta seçkilərin nəticəsi olaraq heç kim gətirib danışıqlar masası arxasında əyləşdirməyəcək. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, NATO-dan tutmuş Qoşulmayan Hərəkəta qədər bütün qurumlar bu seçkiləri tanımadıqlarını bəyan edib.

Nəzərə almaq lazımdır ki, bu reaksiyalar təsədüfi deyil. Bu cür mövqelərin sərgilənməsi Azərbaycan dövlətinin və bizim diplomatların apardığı işlərin və səylərin nəticəsində ortaya çıxıb”.

Mənbə: teleqraf.com