Cavid Osmanovun təşəbbüsü ilə 200 aztəminatlı ailəyə ərzaq və gigiyenik məhsullar paylanıldı

Cavid Osmanovun təşəbbüsü ilə 200 aztəminatlı ailəyə ərzaq və gigiyenik məhsullar paylanıldı

Koronavirus pandemiyası dünya ölkələrinin gündəlik həyat-fəaliyyətini iflic edib, bu günədək tibb elmində bu virusa qarşı heç bir dərman və vaksin tapılmayıb, nəticədə bir milyondan artıq insan bu virusa yoluxub, on minlərlə insan öz həyatını itirib.


Eyni zamanda bu qədər təlafatın baş verməsi insanların karantin rejimlərinə əməl etməməsinin nəticəsidir. Dünyanın iqtisadi və tibb sahəsində ən inkişaf etmiş ölkələri bu virus qarşısında aciz qalmaqdadır.


Azərbaycanda ölkə prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən dövlətimiz tərəfindən çox ciddi və təxirəsalınmaz qabaqlayıcı tədbirlər görülməkdədir.
Belə ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılıb.

 

Ölkə ərazisində tədris müəssisələrində tətil elan edilib, qonşu ölkələrlə sərhədlər bağlanıb, sərnişin daşınması müvəqqəti olaraq dayandırılıb, tədris ocaqları, idarə-müəssisələrdə, böyük ticarət mərkəzlərində dezinfeksiya işləri aparılmış, kütləvi tədbirlər təxirə salınmış, şadlıq evləri, restoranlar, eləcə də digər iaşə obyektlərinin fəaliyyəti dayandırılıb. Ölkə əhalisinin ərzaq təhlükəsizliyi tam təmin olunub, bu sahədə heç bir problem yoxdur, ərzaq dükanları, market və supermarketlər, eləcə də apteklər ölkə ərazinsdə adi qaydada öz fəaliyyətlərini davam etdirirlər.


Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.


Cənab prezident Fonda dövlət büdcəsində 20 milyon manat vəasit ayırmaqla yanaşı özünün bir illik əməkhaqqısını da ianə edib.


Cənab prezident Azərbaycan xalqına Novruz təbrikində koronavirusa qarşı dövlətimizin apardığı təcili və təxirəsalınmaz mübarizə tədbirləri haqqında geniş məlumat verib.


Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da bu mövzuda Azərbaycan xalqına müraciət edib və Fonda öz bir illik əməkhaqqısını ianə edib.


Hər iki müraciətdə təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsi, şəxsi məsuliyyət və intizamlılıq özümüzü və ətrafımızdakıları qorumağın əsas şərtlərdən olduğu qeyd olunur.


Bununla yanaşı ölkə başçısı cənab İlham Əliyevin Sərəncamına əsasən koronavirus pandemiyasının dünya enerji və səhm bazarlarında yaratdığı kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına daha az təsir etməsinin qarşısını almaq məqsədilə 2,5 milyard manat vəasit ayrılıb ki, bu da hüquqi və fiziki şəxslərə, sahibkarlara ehtimal olunan dəyə biləcək zərərin aradan qaldırılması, aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırlması, məşğulluğun artırılması, iqtisadiyyatın yüksəldilməsi və digər bu kimi sahələrə yönəldilib.


Eyni zamanda mart ayının 28-də Bakıda Yeni Klinika adlı müasir tibb müəssisəsinin, aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında maska istehsalı müəssisəsinin açılması cənab prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin koronavirusla mübarizə tədbirlərinin təxirəsalınmaz formada davam etdirilməsinin göstəriciləridir.


Bütün bu məsələlərdən irəli gələrək Yeni Azərbaycan Partiyası “Sağlamlığımız həmrəyliyimizdədir” devizi altında #EVDƏQAL adlı aksiyaya start verib və qısa zaman kəsiyində kapmapaniya ölkə miqyası almış bir çox şirkət, ictimai birliklər, işadamları bu kampaniyaya qoşularaq aztəminatlı ailələrə yardımlar etməyə başlayıb və YAP Ağdaş rayon təşkilatı da 150-dək tək-tənha, ahıl insanlara gigiyenik vasitələr çatdırıblar.


Mən də bir Millət vəkili, YAP Ağdaş rayon təşkilatının sədri kimi rayonumuzda fəaliyyyət göstərən “Birinci market”in rəhbəri, sahibkar Şahin Qəhrəmanovla birlikdə rayonumuzda olan 200 aztəminatlı ailəyə ərzaq və gigiyenik məhsulların 6-7 aprel tarixlərində evlərinə çatdırılmasını həyata keçirdik.


Fürsətdən istifadə edərək işadamı Şahin Qəhrəmanova və eyni zamanda bu tip aksiyalarda iştirak edən rayonumuzun bütün işadamlarına, sahibkarlarına, imkanlı şəxslərinə öz dərənin təşəkkürümü bildirirəm.

 

#BizBirlikdəGüclüyük!

Cavid Osmanov

Milli Məclisin deputatı

Mənbə: pravda.az