Yeni əfv sərəncamını alqışlayırıq

Yeni əfv sərəncamını alqışlayırıq

Dövlət başçımız daha bir əfv sərəncamı imzaladı. Prezident bu sərəncamı koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan, yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalayıb.

Prezident İlham Əliyev bir neçə sərəncam və fərmanı ilə cəmiyyətdə mühüm, əhəmiyyətli bir pozitivlik, rahatlıq yaradıb, sözün həqiqi mənasında, cəmiyyətdaxili barış gətirib, bu sahədə əməli addımlar atılıb.
Ölkəmizdə mütəmadi belə fərman və sərəncamlar imzalanır. Prezidentimiz AXC-nin 100 illiyi ilə bağlı daha geniş bir əfv sərəncamı da imzalamışdı. Azərbaycana qarşı olan haqsız tənqidlərin, müxtəlif bəhanələrin qarşısını almaq üçün bu fərmanın imzalanması da mühüm addım idi. Bu dövlət artıq nəinki tənqiddən, heç bir hücumdan da sarsılmayacaq qədər güclüdür. Prezidentin reytinqi müqayisə olunmaz dərəcədə yüksəkdir. Xalq həmişə öz Prezidentini dəstəklədiyini vurğulayır, ona olan inamını ifadə edir. Cənab Prezidentin imzaladığı əfv sərəncamının nə qədər böyük sevinc, müsbət aura yaratdığını görmək üçün sosial şəbəkələrə bir-iki dəqiqə nəzər salmaq kifayətdir.
Mənim 90-dan çox yaşım var. Prezidentin yaşlı insanlara həmişə qayğı və diqqət göstərdiyinin şahidi olmuşam. Bu sərəncama əsasən, yaşı 65-dən yuxarı olan 176 nəfərin cəzanın çəkilməmiş hissəsindən azad edilməsi də yaşlı insanlara göstərilən yeni qayğının yeni nümunəsidir.
Bir şeyi də qeyd edim. Bu müsbət proseslərdə həm də
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu böyükdür.
Dövlət başçısına dərin minnətdarlıq hisslərimi bildirərək, müstəqil Azərbaycan Respublikasının daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində apardığı yorulmaz fəaliyyətində ona ugurlar arzulayıram.

 

Azad HACIYEV,
əmək veteranı

Mənbə: xalqqazeti.com