Rusiyada 3 yaşadak uşağı olan ailələrə maddi yardım ediləcək

Rusiyada 3 yaşadak uşağı olan ailələrə maddi yardım ediləcək

Rusiya prezidenti Vladimir Putin karantin rejimi dövründə uşaqlı ailələrə yardım göstərilməsi barədə sərəncam verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin saytında yazılıb. Sərəncama əsasən, aprel-iyun ayları ərzində ailələrə 3 yaşadək hər uşağa görə 5 min rubl (təxminən 112 manat) pul veriləcək.

Bu ödənişlər üçün oktyabrın 1-dək edilən müraciətlər də nəzərə alınacaq.

 

Mənbə: qafqazinfo.az