Netanyahu yenidən koronavirus testindən keçib

Netanyahu yenidən koronavirus testindən keçib

İsrailin Baş naziri Binyamin Netanyahu bir daha koronavirus testindən keçib.

Redaktor.az-ın verdiyi məlumata görə, bu barədə Baş nazirin dəftərxanasının rəsmi nümayəndəsi Ofir Gendelman öz "Twitter" səhifəsində yazıb.

O.Gendelman bildirib: "Netanyahu bu gün daha bir koronavirus testindən keçib, nəticə mənfi olub. Baş nazirin 14 günlük karantini sabah bitir".

Xatırladaq ki, B.Netanyahu daha əvvəl martın 15-i və 30-u koronavirus testindən keçib. //Trend.az

 

Mənbə: redaktor.az