ABŞ HDQ-nin rəhbəri kapitana görə istefaya getdi

ABŞ HDQ-nin rəhbəri kapitana görə istefaya getdi

ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbəri vəzifəsini icra edən Tomas Modli kapitan Brett Krozer olayına görə istefa verib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə naziri Mark Esper məlumat yayıb.

“Bu gün mən Modlinin istefasını qəbul etdim. Prezidentin razılığı ilə quru qoşunları rəhbərinin müavini Cim Makferson HDQ rəhbəri vəzifəsini icra edəcək”, - Esper bildirib.

Esper bildirib ki, Modli özü istefa xahişi ilə müraciət edib.

Qeyd edək ki, ABŞ təyyarədaşıyanının kapitanı Brett Krozer 3 apreldə əsgərlər arasında koronavirusun yayılması barədə müraciətinin ictimailəşməsindən sonra istefaya göndərilmişdi.

Modli kapitanı bu addımına görə “axmaq” adlandırmışdı. Prezident Tramp isə bu aşağılayıcı ifadə səbəbindən Modlinin üzr istəməsi lazım gəldiyini bildirmişdi.

Mənbə: axar.az