İsrail İran casusunu həbs etdi

İsrail İran casusunu həbs etdi

İsraildə İrana casusluq edən şəxs həbs olunub.

Axar.az xəbər verir ki, bu barədə İsrailin “Şin Bet” daxili təhlükəsizlik agentliyi məlumat yayıb.

Agentlik qeyd edib ki, İsrail vətəndaşı olan bu şəxs İran agentləri ilə xarici ölkədə görüşüb və onlardan pul, şifrə və təlimat alıb.

“Onun vəzifəsi strateji obyektlər haqda məlumat toplamaq, cəmiyyəti parçalamaq yolları və hədəflərə hücum imkanlarını öyrənmək, eyni zamanda ərəb vətəndaşlarımızı İsrailə qarşı təhrik etmək olub”, - məlumatda bildirilib.

Agentlik koronavirusla mübarizə aparıldığı vaxtda belə İranın İsraildə terror və casusluq fəaliyyətindən əl çəkmədiyini vurğulayıb.

Mənbə: axar.az