Tramp koronavirusla mücadilədə ən önəmli ismi vəzifəsindən azad etdi - 2 trilyon dollara cavabdeh idi

ABŞ prezidenti Donald Tramp, 2 trilyon dollarlıq Covid-19 iqtisadi yardım paketinə nəzarət etmək üçün məsul olan baş müfəttiş müavini Glenn Fineni vəzifəsindən azad edib.

Avropa.info xəbər verir ki, bu haqda Pentaqon İstintaq Bürosunun sözçüsü Dvrena Allen açıqlama verib.

"Cənab Glenn Finen artıq Koronavirusla Mübarizə Nəzarəti Komitəsində deyil" - Allen belə deyib.

Allen, Glenn Finenin işdən azad olunma səbəbini açıqlamasa da, onun Ətraf Mühitin Mühafizəsi Agentliyinin baş müfəttişi Sean O'Donell tərəfindən əvəz olunduğunu deyib.

Qeyd edək ki, Glenn Finenin ABŞ Maliyyə Nazirliyinin Konqresdən kiçik sahibkarlığa dəstək üçün 200 milyard dollar tələb etmək istədiyi açıqlamasından sonra işdən çıxarılması diqqətlərdən qaçmayıb.

Avropa.info

ƏVVƏLKİ XƏBƏR

"Mançester Yunayted" 16 yaşlı qapıçı ilə müqavilə imzalayıb

SONRAKI XƏBƏR

Səudiyyə təcili iclas çağırdı, Qazaxıstan təsdiqlədi