Karantinin 3-cü həftəsində nələr yaşanacaq?

Karantinin 3-cü həftəsində nələr yaşanacaq?

Evdə izolyasiyanın 3-cü həftəsində insanlar psixoloji olaraq tükəndiklərini hiss edəcəklər.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Biomedikal Agentliyinin rəhbəri Veronika Skvortsova deyib.

O bildirib ki, psixoloji gərginlik nəzarətdə saxlanılmalıdır:

“Ümumən 3-cü həftədə monotonluq yaşayan hər insanda psixoloji tükənmişlik sindromu özünü göstərə bilər. Bu kimi məqamlarda karantin rejiminin pozulmasına və vaxtından tez çölə çıxılması hallarına yol verilməməlidir. Riyaziyyatçılar və bioloqların gəldiyi qənaət budur ki, virusun yayılması mərhələsində 10-14 gün ərzində pik nöqtəyə çatacağıq. Bir müddət o nöqtədə qalacağıq və əks istiqamətdə hərəkət edəcəyik. Yəni proses sinus dalğasına bənzəyir”.

Mənbə: axar.az